Ukraynada Ali Radanın binası qarşısında etiraz aksiyası keçirilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, mitinq Ukraynanın millətçi “Azadlıq” partiyası tərəfindən təşkil edilib. Onlar ölkədə korrupsiyanın güclənməsinə qarşı etirazlarını bildiriblər.
Nümayiş iştirakçıları hökumətdən korrupsiya faktlarının araşdırılması üçün parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb ediblər.
Polis etirazçılara qarşı güc tətbiq edib. Aksiyada zamanı iki fəal saxlanılıb. Rəsmi məlumatlara görə, baş vermiş insident zamanı 5 etirazçı xəsarət alıb.
Samir