8 Aprel 2015 08:58
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əldə olunmuş razılıq İranın uran ehtiyatlarını 10 il ərzində nüvə silahı istehsal edə bilməyəcəyi bir səviyyədə saxlanmasına imkan verəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

ABŞ-ın ictimai radiosu şirkəti NPR-a verdiyi müsahibədə prezident Obama deyib ki, İran bu müddət ərzində bomba istehsal etmək qabiliyyətinə malik olmayacaq.

Obama bildirib ki, əgər İran sanksiyaların yüngülləşdirilməsindən sonra nüvə silahı istehsalına çalışsa, gələcək prezidentin ölçülər götürmək üçün imkanları olacaq.

Prezident Obama bu açıqlamaları ABŞ və dünyanın beş qüdrətli dövlətinin İranla nüvə proqramına dair əldə edilən razılıqla bağlı tənqidlərlə qarşılaşdığı vaxt verib.

Müsahibədə ABŞ prezidenti İsrailin yekun razılığa İranın İsrailin mövcudluğunu aydın və birmənalı şəkildə qəbul etməsinə dair təəhhüdlərin daxil edilməsi çağırışını qəbul etməyib.

İsrail baş naziri Benyamin Netanyahu bu çağırışı keçən həftənin cümə günü edərək, İran və dünyanın altı qüdrətli dövlətinin əldə etdiyi razılaşmanı kəskin tənqidə məruz qoyub.

Prezident Obama deyib ki, razılaşmanın məqsədi İranın nüvə silahı inkişaf etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir şərtin qoyulması "İranda siyasi rejim dəyişməyinə qədər heç bir razılaşma imzalanmayacaq" deməyə bərabər ola bilər.

İsrail keçən həftə İsveçrədə əldə olunmuş razılaşmanın ölkəsinə təhlükə törədəcəyini iddia edir.


Müəllif:

Oxşar xəbərlər