8 Aprel 2015 11:41
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada ölkədəki həbsxanalarda aclıq tətili keçirən məhbuslara dəstək məqsədilə minlərlə insan küçələrə axışıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhər mərkəzindəki Afina Universiteti qarşısında toplaşaraq özlərini "hakimiyyət əleyhinə anarxist" adlandıran qrup parlament binasına qədər yürüş təşkil ediblər.

Parlament qarşısında aksiya keçirən nümayişçilər burada məclisin divarlarına "Həbsxanalar dağıdılsın" və "Demokratiyaya müharibə" şüarlarını yazıblar.

Aksiya zamanı üzü maskalı şəxslər ətrafdakı bəzi dükan və iş yerlərinin şüşələrini sındırıb, zibil yeşiklərinə və maşınlara od vurublar. Bundan sonra etirazçılar polisə molotov kokteli və daşla hücuma keçiblər. Baş verən insident zamanı polis gözyaşadırcı qaz və dəyənəklərdən istifadə edib.

Yayılan məlumatlara görə, toqquşmalarda 100 nəfər polis tərəfindən saxlanılıb.

Samir


Müəllif: