8 Aprel 2015 16:05
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin 5-ci kurs tələbəsinin intiharı ilə bağlı istintaqa başlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı Oksananın ölümü ilə bağlı şahidlərin və müəllimlərin dindirilərkən yeni faktlar üzə çıxıb.

Məlum olub ki, Oksana fakültənin ən qabaqcıl tələbələrindən olub. Onun müəllimi Qeorgi Kuşnarenko da bunu təsdiq edib: “Oksananın təhsili ilə bağlı heç bir problemi olmayıb. Ən qabaqcıl tələbəmiz idi. Biz düşünürdük ki, o universiteti qırmızı diplomla bitirəcək. Bu gün bütün 5-ci kurslar üçün dövlət imtahanı idi və hamı müvəffəqiyətlə imtahanı verib getdi. İnanmıram ki, bu Oksana üçün problem olardı”.

Qeyd edək ki, Oksana bu gün səhər saatlarında imtihanda iştirak üçün universitetə gəlib. Ancaq bir müddət sonra yataqxanaya qayıdan qız özünü 16-cı mərtəbədən atıb. İlkin ehtimallara görə, Oksana uğursuz sevgi və imtahan stressi səbəbindən intihar edib.

Baş verənlər təhlükəsizlik kamerasında əks olunub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir



Müəllif:

Oxşar xəbərlər