8 Aprel 2015 18:09
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu daha iki bölgəni İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərindən geri alıb.

Teleqraf.com “Sabah” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Enbar əyalətinin Ramadi şəhərində gedən döyüşlər zamanı şəhərin Sicariye və Fellahat bölgələri azad edilib.

Döyüşlər zamanı 37 terrorçu öldürülüb.

Samir


Müəllif: