8 Aprel 2015 19:55
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada iki nəfər həlak olub, beş nəfər yaralanıb.

Koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib.

Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir.

Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb.

/Azertac/


Müəllif: