19 May 2014 23:13
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Rusiya şəffaf şəkildə və əhəmiyyətli dərəcədə qoşunları geri qaytarsa, biz bunu alqışlayacağıq".

ANS PRESS-in məlumatına görə, bunu Ağ Ev-in rəsmisi bildirib. Onun sözlərinə görə prezident Vladimir Putin Rusiya qoşunlarını Ukrayna sərhəddindən təcili geri çəkməlidir.
Ancaq Ağ Ev əlavə edir ki, qoşunların geri çəkilməsinin “hələ ki, əlamətləri yoxdur”.
ABŞ hökuməti xatırladır ki, Rusiya liderləri bundan əvvəl də qoşunları sərhəddən çəkdiklərini bildirirdilər, ancaq bu, baş vermirdi.
Buna görə də ABŞ hökuməti bildirir ki, vəziyyəti izləməyə üstünlüklük verir və bir fikir söyləməzdən əvvəl qoşunların çıxarılmasının əlamətlərini görmək istəyir.

Müəllif: