Rusiyanın paytaxtı Moskvada 51 yaşlı musiqi müəllimi saxlanılıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, kənd məktəblərindən birində işləyən müəllimə 15 yaşlı şagirdinin ölümünü sifariş etməkdə günahlandırılır.
Aparılan araşdırmalar zamanı məlum olub ki, 51 yaşlı qadın iki il əvvəl 13 yaşlı şagirdi ilə sevgi münasibətlərinə başlayıb. Müəyyən müddətdən sonra qadınla münasibətləri kəsmək istədikdə isə müəllimə yeniyetməni öldürtmək üçün muzdlu qatil axtarışına çıxıb. O, şagirdi öldürən şəxsə 100 min rubl mükafat söz verib.
Xoşbəxtlikdən qatil rolunda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edib. Qadın bölmədə dindirilən zaman günahını etiraf edib.
Elvin