9 Aprel 2015 13:10
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sanksiyaların dərhal ləğvi qarşılığında uranın zənginləşdirilməsi üzrə sazişi imzalayacaq.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, sanksiyalar sazişin imzalandığı gün ləğv edilməlidir: “Biz bir şərtlə müqaviləni imzalayacayıq ki, sanksiyalar həmin gün ləğv edilsin. Bu saziş danışıqlarda iştirak edən bütün tərəflər üçün sərfəli olmalıdır”.

Qeyd edək ki, aprelin 2-də Lozannada İran və “altılıq” ölkələri arasında əldə edilmiş razılığa əsasən sanksiyalar sazişin imzalanmasından bir neçə ay sonra ləğv ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər