Sudanın Benqazidəki konsulu Abdulhalim Ömər Liviyada saxlanılıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun Liviyanın şərqindəki bəzi rayonlara şübhəli səfərlər etməsi və Karnada hərbi həbsxanasına icazəsiz girməsindən sonra saxlanıldığı bildirilib.
Məsələ ilə bağlı açıqlama verən Liviya xarici işlər nazirinin sözçüsü Həsən əs-Saqir konsulun hərəkətlərinin Liviya qanunlarına zidd olduğunu bildirib. Əs-Saqir qeyd edib ki, hazırda A.Ömərin dindirilməsi prosesi gedir.
Samir