Husilər Yəmənin cənubundakı Ataq şəhərində Quran kursuna hücum ediblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 15 şagirdin qaçırıldığı bildirilib.
Bundan əlavə rəsmilər kursun yerləşdiyi binanın yarasız hala salındığını açıqlayıblar.
Şahidlər qaçırılanlar arasında kursun müdirinin də olduğunu qeyd ediblər.
Samir