9 Aprel 2015 22:53
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Naqasaki universitetinin alimləri insanın qanında Ebola virusunun olub-olmadığını 11 dəqiqə ərzində müəyyən etməyin yolunu tapıblar.

Bu üsulla virusa yoluxmuş insanlara daha tez kömək göstərmək mümkün olacaq. Çünki bu günə qədər laboratoriya testləri virusu ən tezi 90 dəqiqə ərzində müəyyən edə bilirdi.

Qvineyanın hökumət nümayəndələri yapon alimlərinə və onların tərəfdaşı olan “Toshiba” şirkətinə Ebola virusunun daha tez aşkarlanması üçün mövcud laboratoriya testini təkmilləşdirməyi xahiş etmişdilər.

Xatırladaq ki, Ebola virusu Qərbi Afrikada 10 mindən çox insanın həyatına son qoyub.


Müəllif:

Oxşar xəbərlər