20 May 2014 09:49
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəhşətli cinayət hadisəsi təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə Braziliyada baş verib. Təhlükəsilik kamerasi tərəfindən lentə alınan görüntüdə 28 yaşlı Thiago Santos Souzanın qucağındakı kiçik qızcığazla marketin qarşısında dayandığı görünür. Daha sonra isə onların yanına 17 yaşı olduğu təxmin edilən bir gənc yaxınlaşır. 3 dəfə atəş açan gənc daha sonra hadisə yerindən qaçaraq uzaqlaşır. Thiago Santos Souza qızının gözləri önündə dünyasını dəyişir.

Şəhər hüquq-mühafizə orqanları faktla bağlı araşdırma apardıqlarını açıqlayıb.

Dəniz Əliyeva


Müəllif: