10 Aprel 2015 08:55
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxot dənizində “Uzaq Şərq” balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 57-yə çatıb.

APA-nın məlumatına görə, bu barədə “TASS”a dəniz xilasedici mərkəzinin rəhbəri Artur Rets bildirib.


“Ölənlərdən daha birinin meyiti istintaq tədbirləri nəticəsində, yeşiklərin açılması zamanı aşkarlanıb”, deyə Artur Rets bildirib.


Onun sözlərinə görə, yeşiklərin birində bir meyit əvəzinə iki cəsəd aşkarlanıb. Bunun hadisə yerində gəmilərin birində cəsədləri yeşiklərə yerləşdirərkən səhvən baş verdiyi ehtimal edilir.

Beləliklə, Oxot dənizində “Uzaq Şərq” gəmisinin batması nəticəsində ölənlərin sayı, rəsmi olaraq, 57 nəfərə çatıb. Xilas olunanların sayı 63 nəfər olaraq dəyişməz qalıb. 12 nəfər hələ də itkin düşmüş hesab olunur.


Müəllif: