10 Aprel 2015 16:39
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Pakistanla sərhədindəki Nanqarhar vilayətinin mərkəzi Cəlalabad şəhərində NATO təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil edilib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində NATO-nun 4 əsgəri öldürülüb, 11-i isə ağır yaralanıb. Yerli mediada yayılan məlumatlara görə, hücum NATO-ya məxsus karvanın şəhər mərkəzindən keçdiyi zaman baş verib.

Hadisəyə görə məsuliyyəti “Taliban” terror qruplaşması üzərinə götürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər