11 Aprel 2015 09:18
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda hər il aprel ayında qeyd olunan Su bayramı qanlı başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bayramın ilk günündə baş verən 324 qəzada 25 nəfər həyatını itirib.

Sərnişinlərin evlərinə qayıdacağı günlər də daxil olmaqla 7 günlük bayram günləri “7 təhlükəli gün” hesab olunur. Nəqliyyat nazirliyinin müfəttiş general Sanit Promvong avtomobil qəzalarının 25,3 faizinin spirtli içkilərdən istifadə, 24,4 faizinin yüksək sürət nəticəsində baş verdiyini deyib. O, qəzaların 80,8 faizinin motosikletlərin iştirakı ilə baş verdiyini bildirib.

Nakhon Ratasima şəhərində isə polis və xüsusi şirkətlər motosiklet sürücüləri üçün pulsuz kaskalar paylayıb.


Müəllif:

Oxşar xəbərlər