20 May 2014 10:52
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda hərbi vəziyyət elan olunub. Teleqraf.com-un məlumatına görə, Quru Qoşunlarının komandanı general Prayut Çan-Oça mayın 19-da ölkədə hərbi vəziyyət elan edib.

General bildirib ki, qərara səbəb ölkədə iqtidar-müxalifər qarşıdurması fonunda ehtimal olunan dövlət çevrilişinin qarşısını almaqdır.

Ordu rəsmiləri atılan addımı “sülh və nizamın qorunması” ilə əlaqələndiriblər.

Müvəqqəti baş nazirin baş təhlükəsizlik məsləhətçisi Paradorn Pattanatabut öz növbəsində ordunun bu qərarı qəbul edərkən hökumətlə məsləhətləşmədiyini bildirib.

Pattanatabut: "Düşünürük ki, hər şey qaydasındadır. Lakin bütün təhlükəsizlik məsələlərinin məsuliyyəti ordu üzərindədir" deyib.

Ordu spikeri də çıxışı zamanı hərbi vəziyyətin elan olunmasının müvəqqəti hökumətin iqtidarına hər hansı təsiri olmayacağını və hökumətin fəaliyyətlərinə davam edəcəyini ifadə edib.

Ötən ilin noyabrından Tailandda hökumət əleyhinə davamlı aksiyalar keçirilir. İndiyədək toqquşmalarda 28 nəfər həlak olub.

Mayın 7-də Tailand Konstitusiya Məhkəməsi baş nazirin səlahiyyətlərini icra edən Yinqlak Çinavatı istefaya göndərib. Həmin gün onun yerinə yerinə Nazirlər Kabineti rəhbərinin sabiq müavini və ticarət naziri Nivatxamronq Bunsonqpaisan təyin olunub.

Ülviyyə


Müəllif: