12 Aprel 2015 01:43
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda, Kapitoli yaxınlığında atəş açılıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, şübhəli şəxs zərərsizləşdirilib. Bu barədə Kapitoli polisindən bildirilib.

"Atəş açan şübhəli şəxs saxlanılıb, lakin təhlükəsizlik səbəbindən Kapitoli binası bağlanıb", - polis leytenantı Kimberli Şneyder bildirib.

Qeyd edək ki, hadisə zamanı on minlərlə insan Vaşinqtonda ənənəvi yaz festivalı ilə əlaqədar gəzintiyə çıxıbmış.

Kapitoli polisi ABŞ asayiş keşikçilərinin xüsusi dəstəsidir və Amerika Konqresini qoruyur.

Nihad


Müəllif:

Oxşar xəbərlər