12 Aprel 2015 13:26
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi aprelin 10-da prezident Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib.

Teleqraf.com AZƏRTACa istinadən xəbər verir ki, görüşdə ilk ölkə arasında münasibətlər və əməkdaşlıq məsələləri ilə yanaşı, Fransanın Hindistana 36 ədəd “Rafale” döyüş təyyərələrini satması ətrafında müzakirələr aparılıb.

Son illər iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanan görüşdə “Rafale” təyyarələrinin alınması barədə razılıq əldə olunub.

Bir ay müddətində təyyarələrin alınması ilə bağlı müqavilələrin imzalanması məqsədəuyğun hesab edilib.


Müəllif:

Oxşar xəbərlər