13 Aprel 2015 08:39
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Priazovye” gəmisi Yəməndən 308 nəfəri, o cümlədən 5 azərbaycanlını təxliyə edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gəmidə 19 dövlətin – Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Estoniya, Ukrayna, Belarus, Türkmənistan, Özbəkistan, Bəhreyn, Cibuti, Yəmən, Somali, Fələstin, İordaniya, Kuba, Misir, Səudiyyə Ərəbistanının vətəndaşları var.

Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, təxliyyə edilmiş vətəndaşlar təhlükəsizlikdədirlər və Cibutiyə gətiriləcəklər.


Müəllif:

Oxşar xəbərlər