ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ilin payızında keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacaq.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Hillari Klinton öz Facebook səhifəsində bildirib.
"Mən prezident kreslosu uğrunda mübarizəyə başlayıram.Amerikalılara hər gün çempion lazımdır. Mən də çempion olmaq istəyirəm", - Klinton yazıb.
Klintonun öz seçki kampaniyasına Ayova və Nyu-Qempşirdən başlayacağı gözlənilir".
Nihad