20 May 2014 11:47
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Ukraynanın ərazi bütövlüyünə zəmanət verməkdən imtina edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Qərb KİV-nə müsahibəsində bildirib.


Medvedev bildirib ki, Rusiya heç vaxt Ukraynanın ərazi bütövlüyünün saxlanılmasına dair öhdəlik götürməyib, müvafiq olaraq da Rusiya bu ölkənin ərazi bütövlüyünə dair zəmanət verə bilməz: “Biz hesab edirik ki, əsas hədəf Ukrayna ərazisindəki vəziyyəti sakitləşdimək olmalıdır”.

Medvedev həmçinin bildirib ki, Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışmayacaqlarına və bu ölkənin NATO-ya üzv olmasına nail olmayacaqlarına dair zəmanət verməlidirlər. Baş nazirin fikrincə, ukraynalılar ilk növbədə rəsmi Kiyevdən zəmanət almalıdırlar. Bunun üçün isə tərəflər arasında dialoq başlanmalıdır.


Müəllif: