13 Aprel 2015 10:16
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya həbsxanalarının birində qanuni oğru intihar edib.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, islah əmək düşərgələrindən birinin nəzarətçiləri 44 yaşlı “vor zakon” Radik Şafiqullini kamerada asılmış vəziyyətdə tapıblar.

Kriminal aləmdə “Radik tatar” və “Çiça” ləqəblərilə məşhur olan Şafiqullin 2007-ci ildə törətdiyi ağır cinayətlərə görə 20 il həbs cəzası almışdı. Məlumata görə, o, həbsxanada olarkən həbsxana rəhbərliyi tərəfindən əməkdaşlığa cəlb olunub və Novosibirsk “vor zakon”u Antipi sıxışdırmaq tapşırığı alıb.

“Çiça”nın həbsxanadakı oğru “razborka”ları nəticə verməyib. Ehtimal olunur ki, onun hüquq-mühafizə orqanları ilə əlaqəsinin üstü açılıb və bu səbəbdən intihar edib.


Müəllif:

Oxşar xəbərlər