13 Aprel 2015 23:12
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qadınlara qarşı daha bir qadağa aradan qaldırılıb. Teleqraf.com xəbər verir ki, Voleybol Federasiyası prezidentinin müşaviri postuna qadın idmançı Zohreh Mirsepasi təyin edilib.

İranda qadınların idmanı canlı izləmə yasağı aradan qaldırılandan sonra belə bir addımın atılması mütərəqqi addım sayılır.

Mirsepasi qeyd edib ki, İranda qadınlarla bağlı problemləri həll etmək üçün üç mərhələli layihə həyata keçiriblər: "Qadın voleybolunun inkişafı üçün onun kişi valeybolu ilə bəramər səviyyədə tutulması lazımdır.

İranın Nüvə sənayesinin inkişafı ilə bağlı Qərblə danışıqlara başladığı bir dönəmdə bu ölkənin idmanında da islahatlar nəzərə çarpır. İlk dəfə olaraq ölkənin futbol klubuna xristian dinindən olan Ando Teymourian gətirilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər