13 Aprel 2015 22:13
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel mükafatı qalibi və “The Tin Drum” əsərinin müəllifi olan alman yazıçı Quenter Qrass 87 yaşında dünyasını dəyişib. Naşirinin söylədiyinə görə, yazıçı Lübek şəhərindəki klinikada vəfat edib.

O zaman adlandırıldığı kimi Dansiq şəhərində doğulmuş Qrass, İkinci Dünya Müharibəsi zamanı alman ordusunda xidmət edib və 1959-cu ildə özünün anti-nasist romanı olan “The Tin Drum” əsərini çap etdirib. Daha sonra o, 1990-cı ildə Almaniyanın birləşdirilməsi əleyhinə çıxıb və bu prosesin çox tələsik həyata keçirildiyini bildirib.

Müharibədən sonra Qrassın doğulduğu şəhər Polşanın Qdansk şəhərinə çevrilib. O, sonrakı həyatını əsasən Lübek yaxınlığında keçirib. Onun əsərlərinin bir çoxu nasizm, müharibənin dəhşətləri və Almaniyanın məğlubiyyətindən sonrakı dağıntılara həsr olunub.

2006-cı ildə yazıçının, yeniyetməlik illərində orduya könüllü qoşulmasından bəhs edən memuarları almanların təəccübünə səbəb olmuşdu. Əvvəlki mənbələrdə onun hava hücumuna qarşı döyüşən əsgər olduğu və hərbi xidmətə çağrıldığı deyilirdi.

Müharibədən sonra o, Amerikanın müharibə məhbusları düşərgəsində bir neçə ay keçirib. Daha sonra Grass bənnalıq təlimləri keçib və sonra heykəltaraşlıq oxuyub və incəsənətin bu növü ilə fəal məşğul olub. Onun ilk şeirlər kitabı 1956-cı ildə çap edilib.

Müəllif 1999-cu ildə “tarixin unudulmuş üzünü” təsvir etdiyinə görə, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “The Tin Drum” əsərini mədh edən Nobel komitəsi bildirib ki, “sanki alman ədəbiyyatı onilliklərin linqvistik və mənəvi məhvinin ardından yeni başlanğıca qədəm qoyub”.


Müəllif:

Oxşar xəbərlər