13 Aprel 2015 21:58
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xakasiya Respublikasında kütləvi insan tələfatına səbəb olmuş yanğın faktına görə səhlənkarlıq maddəsi ilə üzrə ümumilikdə beş cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə idarəsinin məlumatına əsasən, yanğının söndürülməsi zamanı 15 nəfərin cəsədi aşkarlanıb. Tibbi yardım məqsədi ilə 450 nəfərdən artıq insan xəstəxanalara müraciət edib. Əksəriyyəti yaşayış evi olan 1285-dən artıq tikili məhv olub, 5 mindən artıq insan evsiz-eşiksiz qalıb. Respublika ərazisində 20 müvəqqəti yerləşmə məntəqəsinin açılıb. Yanğınlar Xakasiyanın bir çox rayonunu, o cümlədən Abakan, Çernoqorsk və Sayanoqorsk şəhərlərini bürüyüb. Faciənin vurduğu ziyanı aradan qaldırmaq üçün 5 milyard rubldan artıq vəsait tələb olunur.

Meşə mühafizəsi xidmətindən verilən məlumata görə, hazırda bütün iri yanğınlar nəzarət altına alınıb, daha iki kiçik yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Müəllif:

Oxşar xəbərlər