20 May 2014 12:18
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin həmkarı Xi Jinpingin dəvətilə Çinə gedib.

ANS PRESS-in məlumatına görə, bu gün baş tutan səfərdə Rusiya və Çin ölkələri arasında qarşılıqlı əlaqələr, qaz ixracı ilə bağlı müqavilənin imzalanması, hərbi-texniki əməkdaşlıq sahəsində məsələlər müzakirə ediləcək.


Bu, Putinin Krımı Rusiyaya birləşdirdikdən sonra ilk xarici səfəridir. Prezident Putin Çin Xalq Respublikası lideri ilə görüşməkdən əlavə, Asiyada qarşılıqlı əlaqə və inam sammitində iştirak edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşdə fantastik sənədlər toplusu müzakirə ediləcək. Bu isə 40 artıq sənəd deməkdir, onlardan 30-u imzalana bilər. Əsas müqavilələrdən biri ildə Çinə 38 milyard kub metr həcmində qaz satmaqla bağlı müqavilənin imzalanmasıdır.

Qazprom və Çin şirkəti CNPC bu məsələni artıq bir neçə ildir ki müzakirə edirdi, ilk müqavilə 2009-cu ildə bağlanıb. Lakin o vaxtdan qiymət razılığına gəlinməyib.


Çin mediası Rusiya prezidentinin ölkəyə səfəri ərəfəsində onu Qərbdən qorxmayan güclü lider kimi təqdim edib. Putin Çin mediasına verdiyi müsahibədə, ölkələr arasında sərmayə qoyuluşunun, eləcə də hazırki 90 mlyd dollarlıq ticarət dövriyyəsi 2020-ci ilə qədər 200 mlyd dollara çatdırmalı olduğunu nəzərdə tutulduğunu bildirb.


Müəllif: