14 Aprel 2015 08:17
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamın küçələrində nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi piyadalara yolu keçməkdə çətinlik yaradır.

Teleqraf.com ictnews.az saytına istinadla xəbər verir ki, yerli universitet tələbələri piyadalara kömək etmək məqsədilə təkərli platformada işləyən robot yaradıblar. Robot keçidlərdən birində sınaqdan keçirilib.

Uniforma geyindirilmiş, başında dəbilqə və sağ əlində metal çubuq olan robotun hündürlüyü iki metrdir.

Robot özünü təqdim edərək piyadaya yolu keçməkdə kömək göstərir və yolun qarşı tərəfində onunla vidalaşaraq geri dönür. Robotun batareyasının tutumu 50 keçid üçün kifayət edir.


Müəllif:

Oxşar xəbərlər