14 Aprel 2015 08:36
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-də Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşündə bir sıra məsələlər üzrə razılıq əldə edilməyib.

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Ənənəvi olaraq, danışıqlar olduqca ağır şəraitdə keçdi. Bir sıra məsələlər üzrə razılıq əldə olunmadı, bununla bağlı müzakirələr davam etdiriləcək”, deyə Klimkin bildirib.

Onun sözlərinə görə, Ukrayna Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsini yenidən gündəmə gətirməyə çalışacaq: “Mən bu məsələyə toxunaraq missiyanın məntiqini həmkarlarıma izah etdim. Fikrimcə, bu, Minsk razılaşmalarına dəstək olacaq bir missiya olmalıdır”.


Müəllif:

Oxşar xəbərlər