14 Aprel 2015 12:29
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan aprelin sonunda beynəlxalq kreditorlar ilə saziş əldə edilməyəcəyi təqdirdə defolt elan etməyə hazırdır.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, razılaşma əldə olunmayacağı təqdirdə hökumət may və iyun ayında dövlət sektorunda işləyənlərin əmək haqlarının və pensiyaların verilməsi ilə əlaqədar Beynəlxalq Valyuta Fonduna 2,5 milyard avro borcunu ödəməkdən boyun qaçıracaq.

Ekspertlər hesab edir ki, Avropa ölkələri Yunanıstana kömək etməsələr, bu yunan hökumətinin sonu deməkdir.

Samir


Müəllif:

Oxşar xəbərlər