"Böyük yeddiliyin" xarici işlər nazirlərinin Almaniyanın Lübek şəhərində keçiriləcək görüşü etirazlarla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib. Etirazçılar kapitalizm əleyhinə şüarlar səsləndiriblər. Aksiya iştirakçıları ticarət və miqrasiya siyasətinin dəyişdirilməsini tələb ediblər. Onlar miqrantların hüquqlarının daim pozulduğunu bildiriblər.
Aksiyada çıxış edənlər tələblərinin yerinə yetirilmədiyi təqdirdə nümayişləri davam etdirəcəklərini vurğulayıblar.
Samir