Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiski 1915-ci il hadisələri ilə əlaqədar yanlış bəyanatları təkrarlamağa çağırıb.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, Prezident bildirib ki, Papanın 1915-ci il hadisələrini "erməni soyqırımı" hesab etməsi barədə bəyanatı kobud səhv və hadisələrin birtərəfli qiymətləndirilməsidir.
R.T.Ərdoğan qeyd edib ki, 1915-ci il hadisələri barədə həqiqəti üzə çıxartmaq üçün Türkiyə daha əvvəl olduğu kimi, arxivləri açmağa hazırdır: "Əgər Ermənistanın arxivləri varsa, o da açsın".