Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi batıb.
ANS PRESS-in məlumatına görə, "Save The Children" təşkilatı açıqlama verib ki, gəminin batması nəticəsində 400 nəfər ölüb.
Təşkilatın yaydığı məlumata görə, İtaliyanın xilasetmə qrupları Liviyadan yola çıxan və batan gəmidə 144 nəfər xilas edilib. Çoxu uşaqlar olan 400 nəfər isə Aralıq dənizində bataraq ölüb.
İtaliya hökuməti açıqlama verib ki, gəmidə batan şəxslərin axtarılması və xilas edilməsi üçün həm havadan, həm də qurudan əməliyyat həyata keçiriblər.
Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil.