“Avropa Parlamentinin verdiyi qərar bir qulağımızdan girib, o birisindən çıxacaq”.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edərkən Ankaraya Hava Limanında deyib. Onun sözlərinə görə, Türkiyənin belə bir ittihamı qəbul etməsi mümkün deyil: “Bunu hər kəs bilməlidir. Bizim üzərimizdə soyqırım ləkəsi yoxdur”.
Ərdoğan Türkiyədə yaşayan ermənilərə də sual ünvanlayıb: “Türkiyədə 100 minə yaxın erməni var. Onlara qarşı fərqli və ya mənfi münasibətimiz oldumu?”
Samir