Almaniyada irqçi hücumlara qarşı aksiyalar başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmilər təxminən 3 min nəfərin nümayişlərə qatıldığını bildiriblər. Etirazçılar məscidlərə və sığınacaqlara hücumları pisləyiblər.
Digər tərəfdən Lübek şəhərində "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) təşkilatı tərəfdarları da aksiya keçiriblər. Qruplar arasında toqquşmaların qarşısını almaq üçün şəhərə əlavə polis qüvvələri cəlb olunub. Buna baxmayaraq, PEGİDA tərəfdarları qarşı tərəfə daş və dəyənəklərlə hücuma keçib. Polis insidenti yatırtmaq üçün səs bombaları və gözyaşardıcı qazdan istifadə edib.
Hadisə nəticəsində onlarla şəxsin xəsarət aldığı və 20 gəncin həbs edildiyi açıqlanıb.
Samir