15 Aprel 2015 16:44
5 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadınları fahişəliyə cəlb edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1975-ci il təvəllüdlü Anufriyeva Kəmalə Bülbül qızı və 1994-cü il təvəllüdlü Bəhərçinova Aysel Bəhram qızı həbs edilib.

Kəmalə Anufriyeva və Aysel Bəhərçinova bir qrup şəxslə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədi ilə Azərbaycan vətəndaşı olan qadınları Türkiyə Respublikasının İzmir şəhərinə aparıblar. Onlar orada qadınları otellərdə cinsi istismara məruz qoyublar. Mütəşəkkil dəstəyə 20 yaşlı Aysel Bəhərçinova başçılıq edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər