15 Aprel 2015 23:44
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsi 2017-ci ildə ABŞ-dakı Azadlıq heykəli böyüklüyündə asteroidlə toqquşa bilər.

Teleqraf.com "Mirror"a istinadən xəbər verir ki, bu barədə Texas Universitetinin Makdonald rəsədxanasının əməkdaşı Cudit Rays məlumat yayıb.

Alimin sözlərinə görə, bizim planet asteroidin hərəkət yolunda yerləşir və toqquşma təxminən 2017-ci ilin oktyabrında baş verə bilər.

Avropa Kosmik Agentliyinin əməkdaşı Detlef Koşn isə açıqlamasında "Asteroidin yerə dəymə ehtimalı milyonda birdir" deyib

Xatırladaq ki, bu yaxınlarda təxminən 4,5 milyon kilometr məsafədən YB35 asteroidi keçib. Onun diametri təxminən 520 metrdir.

Rüstəm


Müəllif: