16 Aprel 2015 10:44
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Zheyang əyalətinin Çangnan şəhərində uşaqların oynaması üçün düzəldilən 10 metr hündürlüyündə piramida çöküb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisəyə səbəb 100 nəfərin eyni anda piramidaya qalxması olub. Faciə nəticəsində 2 nəfər ölüb, 45-i isə ağır xəsarət alıb. Yerli medianın məlumatına görə, adamlar piramidaya şəhərdə keçirilən gül festivalını izləmək üçün çıxıb.

Baş verən hadisə mobil telefonun kamerası ilə lentə alınıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif: