Türkiyə baş naziri Əhməd Davudoğlunun sözçüsü Etyen Mahçupyan vəzifəsindən azad edilib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi Mahçupyanın yaş həddi göstərilir.
Martın 9-da 65 yaşını qeyd edən Mahçupyan açıqlama verib: “Hazırda ölkə xaricində işlərimi davam etdirirəm. Tək bir dəyişiklik oldu. O da maaş almamağımdır”.
Qeyd edək ki, Mahçupyan verdiyi son açıqlamda “erməni soyqırımı”nı tanıdığını bildirib.
Samir