20 May 2014 15:01
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi dünən zəhərli məktub göndərərək, ABŞ senatorları və prezidenti Barak Obamanı öldürmək istəyən Ceyms Everet Datçkeni 25 il müddətinə azadlıqdan məhrum edib.

"Axar.az" xəbər verir ki, məhkəmə hakimi Şerion Eykok məhkumun əməlini etiraf etməsindan sonra hökmü səsləndirib. Datçke zəhəri hazırlamaq üçün gənəgərçək toxumlarından istifadə etdiyini boynuna alıb.

Agentliyin məlumatına görə, əgər Datçke bəyanatını geri götürsəydi, onu ömürlük həbs cəzası gözləyəcəkdi. Xatırladaq ki, 2013-cü ilin aprel ayında ABŞ-da zəhərli məktublar göndərilməsi böyük insident yaratmışdı. Məktublar ABŞ prezidenti Barak Obama, senatorlar Rodcer Uiker və Karl Levinin adına yollanmışdı. Təhlükəsizlik xidmətinin əməkdaşları məktubları ələ keçirməyə müvəffəq olmuşdu.


Müəllif: