Ukrayna Minsk razılaşmasının şərtlərinə əməl etmir.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti öz əli ilə Donbası özündən uzaqlaşdırır.
Putin Ukraynaya satılan qazın qiymətləri ilə bağlı edilən güzəştə də aydınlıq gətirib. O bildirib ki, Ukrayna Rusiyanın qonşusudur və bu ölkədəki iqtisadi böhranın başa çatması üçün yardımçı olmalıdır: "Rusiya Ukrayna ilə münasibətləri bərpa etməyə çalışır. Bu bizim üçün çox vacibdir və bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Putin qeyd edib ki, Rusiya və Ukrayna xalqları eynidir və bu xalqlar arasında fərq görmür.
Samir