Avstriyanın Federal Prezidenti Haynts Fişer aprelin 24-də “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə İrəvanda keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcək.
Bu məlumatı Avstriya Mətbuat Agentliyinin sorğusu əsasında Avstriya Prezidentinin Administrasiyasından veriblər.
Məlumatda, həmçinin bildirilib ki, Avstriya dövlətini tədbirdə qərargahı Vyanada yerləşən Ermənistan üzrə səfir Alois Kraut təmsil edəcəkdir.
Qeyd edək ki, Osmanlı dövləti zamanı müharibələr səbəbindən baş vermiş deportasiya zamanı meydana gələn tələfatları ermənilər bütün dünyaya və o cümlədən Türkiyəyə "soyqırımı" kimi qəbul etdirməyə çalışır. Rəsmi Ankara dəfələrlə bütün arxivləri açaraq mövzunun tarixçilər tərəfindən şəffaf araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bu çağırışa məhəl qoymayaraq bu il aprelin 24-də qondarma "soyqırımının" 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.