17 Aprel 2015 15:22
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anarxistlər Yunanıstan paytaxtı Afinada yenidən iğtişaşlar törədiblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisələr zamanı etirazçılar parlament binasını tutub. Onların əsas tələbi xüsusi rejimli cəzaçəkmə müəssisələrinin ləğv edilməsi olub.

Polis əməkdaşları binanı mühasirəyə alaraq, anarxistlərə qarşı xüsusi əməliyyat keçirib. Rəsmilər 300-ə yaxın radikalın həbs edildiyini bildiriblər. Onlar polisə qarşı zorakılıqda və iğtişaşlar törətməkdə günahlandırılır.

Gecə boyu davam edən qarşıdurmalar zamanı çoxlu sayda maşın və mağaza şüşələri sındırılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər