Yəməndə Husi hərəkatı Siyasi Şurasının üzvü Muhammed el-Buhayti şərtsiz dialoqa hazır olduqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, Muhammed el-Buhayti Səudiyyə Ərəbistanının hava hücumlarını dayandırmasını vacib bildiyini, amma bunun dialoq üçün şərt olmadığını deyib.
Buhayti İranın təkliflərini dəyərləndirdiyini də qeyd edib.
İran təklif edib ki, təcili atəşkəs elan edilməli, xalqa yardım edilməli, bütün Yəmən xalqının marağını özündə ehtiva edəcək hökumət qurulmalı və milli birlik əldə edilməlidir.
Səudiyyə Ərəbistanı rəsmiləri təkliflərə heç bir reaksiya verməyib.
Ayxan