17 Aprel 2015 20:09
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Putinin Sibir federal dairəsindəki səlahiyyətli nümayəndəsi Nikolay Roqojkin Zabaykaleydəki irimiqyaslı meşə yanğınlarının təxribatla törədildiyini istisna etmədiyini bildirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Roqojkin regionda müxalifətçi-odvuranların olmasını ehtimal edir. O deyib ki, yanğınların niyə eyni vaxtda, müxtəlif yerlərdə baş verməsini anlaya bilmir.

“Biz hər şeyi diyar sakinlərinin və ya təbiətin üstünə yıxa bilərik, lakin bu məsələnin səbəblərini aşkar etmək lazımdır” – deyib nümayəndə. Zabaykalyedəki meşə yanğınları artıq bir neçə həftədir ki, davam edir.

Yanğın bir neçə kəndi məhv edib və minlərlə insan evsiz-eşiksiz qalıb. Hazırda yanğınların əhatə etdiyi sahə 100 kvadrat kilometrdən çoxdur. Baş vermiş hadisə ilə əlaqədar səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırılıb.

Yanğının əsas səbəbi olaraq ehtiyatsızlıq və quru otlaqların yandırılması göstərilir.


Müəllif:

Oxşar xəbərlər