18 Aprel 2015 09:40
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərinin əhalisi Bəşər Əsədin güclərinin açıq hədəfində olduğu üçün cümə namazlarına getmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rejim gücləri xüsusilə cümə namazında məscidləri bombalayaraq müxalifətə daha çox itki verməyi hədəfləyir.

Məlumata görə, şəhər əhalisi bu həftədən başlayaraq cümə namazlarına getməyəcək. Dünən şəhərin Bostan məhəlləsində bir məscidin bombalanması nəticəsində 8 nəfər həyatını itiriB. Bu gün isə Musalla məscidində cümə namazı öncəsi bombalanma nəticəsində 7 nəfər ölüb.

Əsəd güclərinin xüsusilə məscidləri hədəf almasından sonra şəhər axundu ölü sayını azaltmaq üçün cüma namazına getməmək barədə fitva verib.


Müəllif:

Oxşar xəbərlər