ABŞ prezidenti Barak Obama müəllimlərə həkimlər və mühəndislər qədər maaş verən Cənubi Koreyanı tərifləyib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Obama bunu Şimali Karolinadakı Şarlot şəhərinin bələdiyyə salonunda çıxışı zamanı səsləndirib: “Mənim bacım müəllim olub, ona görə də onun nə qədər az maaş aldığını bilirəm. Bu pulla ailə saxlamaq çətindir. Və ətrafda çox sayda müəllim olmaq istəyən istedadlı gənclər var. Təhsil sisteminin yaxşı olduğu Koreya və Finlandiya kimi ölkələrdə müəllimlərə həkimlər və mühəndislər səviyyəsində maaş verirlər və bu peşəyə hörmət göstərirlər”.
Qeyd edək ki, ABŞ prezidenti 2009-cu ildə işə başlayandan bəri Koreyanın təhsil sistemini dəfələrlə tərifləyib.
Samir