18 Aprel 2015 14:30
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Camu və Kəşmir ştatında minlərlə insan hökumət əleyhinə etiraz aksiyaları keçirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, etirazçılar aksiyanı dağıtmaq istəyən polis işçilərini daşa basıblar. Nəticədə nümayişçilərlə polis arasında insident yaşanıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və səs bombalarından istifadə etsə də, mitinqi dağıtmaq mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, polis etirazçılara qarşı silahdan da istifadə edib. Nəticədə bir yeniyetmə həyatını itirib. Onlarla şəxsin yaralandığı açıqlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər