19 Aprel 2015 16:30
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın cənub-qərbindəki Ondo əyalətində tibb elminə məlum olmayan xəstəlik səbəbindən 17 adam həyatını itirib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Ondo ştatının səhiyyə naziri Dayo Adeyanju açıqlama verib. Onun sözlərinə görə, xəstəliyin ilk simptomları İrele şəhərində görünüb.

Xəstəliyə yoluxan insanların 24 saat ərzində həyatını itirdiyi qeyd edilib. Ölənlərdən alınan qan nümunələrinin araşdırılması zamanı bunu Eloba xəstəliyi ilə heç bir əlaqəsinin olmadığı aydınlaşıb.

Bölgədə fövqəladə vəziyyət elan edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər