19 Aprel 2015 18:09
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda 126 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 24,8 faiz üstələyir.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-mart aylarının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 45 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin I rübünün göstəricisindən 86,2 faiz azdır.

Cari ilin I rübündə ölkədə 279 traktor istehsal edilib. Bu, 2014-cü ilin eyni dövrünün göstəricisindən 6,7 faiz azdır.


Müəllif: